14 Oktyabr, 2014
Obama 20 ölkənin hərbi mütəxəssisləri ilə görüşəcək

ABŞ prezidenti Barak Obama 20-dən çox ölkənin hərbi mütəxəssisləri ilə “İraq Şam İslam Dövləti” (İŞİD) adlı terrorçu qrupıaşmayla mübarizə strategiyasını müzakirə edəcək.

Simsar.az xəbər verir ki, bu gün gecə saatlarında keçiriləcək görüşlə bağlı açıqlama verən ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Alistair Baskey deyib ki, toplantı koalisiyanın yaradılması, ölkələrin potensialının müəyyənləşdirilməsi üçündür.

O əlavə edib ki, “İŞİD”lə mübarizə ABŞ prezidenti Barak Obama üçün daxili siyasət baxımından da çox önəm daşıyır.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!