14 Oktyabr, 2014
Bişkekdə böyük qırğız şairinin 150 illiyi keçiriləcək

Oktyabrın 16-17-də Bişkekdə böyük qırğız şair və akını Toktoqulun 150 illik yubileyini təntənə ilə qeyd ediləcək.

Simsar.az xəbər verir ki, yubiley tədbirinə dünyanın müxtəlif ölkələrindən alimlər, aşıqlar, ədəbiyyat və mədəniyyət xadimləri dəvət olunublar.

Azərbaycandan bu tədbirdə Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Ramiz Əskər iştirak edəcək.

Yubiley çərçivəsində qırğız alimi, professor Gülzura Cumakunovanın "Toktoqul" adlı kitabının təqdimatı da keçiriləcək.

Həmin kitab türk, Azərbaycan, qazax, özbək və türkmən dillərinə eyni vaxtda paralel tərcümə olunub və nəşr edilib.

Kitabın Azərbaycan variantını Ramiz Əskər tərcümə edib.

Onu da qeyd edək ki, 2014-cü il TÜRKSOY tərəfindən “Toktoqul ili” elan edilib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!