13 Oktyabr, 2014
Toy etdi, sonra evi külə döndü

Yeni toy etmiş ailənin evi cehizləri ilə birlikdə yanaraq külə dönüb.

Simsar.az-ın məlumatına görə, hadisə axşam saatlarında Cəlilabad rayonunun Əliabad kəndində fərdi yaşayış evində baş verib. Kənd sakini 51 yaşlı Diniyev Xeyrulla İltifat oğluna məxsus 3 otaq və bir dəhlizdən ibarət yaşayış evi anidən yanmağa başlayıb.Yanğın zamanı evdə kimsə olmadığından ilk olaraq hadisədən qonşular xəbər tutublar.

Hadisə yerinə Cəlilabad yanğından mühafizə hissəsinin 2 texnikası və canlı qüvvəsi çağırıldıqdan sonra alov ram edilərək onun ətrafdakı yardımçı tiklilərə keçməsinin qarşısı alınıb. Ümümilikdə isə 160 kvm-dən ibarət olan evin 60 kvm-i istisna olmaqla qalan hissəsi içindəki məişət əşyaları ilə birlikdə yanaraq külə dönüb.

İlkin ehtimala görə yanğın elektrik naqillərindəki qısaqapanmadan qaynaqlanıb. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!