13 Oktyabr, 2014
Nazirlikdən 5, 35 milyard manatlıq AÇIQLAMA

2014-cü ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 5,35 milyard manat təşkil edib.

Simsar.az-ın Vergilər Nazirliyin saytına istinadən verdiyi məlumata görə, bu məbləğin 32,4 faizi mənfəət vergisinin, 28 faizi əlavə dəyər vergisinin, 13,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,9 faizi aksizlərin, 15,5 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3,13 milyard manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faiz çoxdur.

Hesabat dövründə respublika üzrə 61 181 vergiödəyici qeydiyyata alınıb, 1 oktyabr 2014-cü il tarixə qeydiyyatda olan vergiödəyicilərin ümumi sayı 591 178-ə çatıb.

2014-cü ilin yanvar-sentyabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,6% faiz təşkil edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!