13 Oktyabr, 2014
Prezident yeni icra başçısı təyin etdi

Prezident İlham Əliyev yeni icra başçısı təyin edib.

Simsar.az xəbər verir ki, prezidentin sərəncamına görə, Nizami Sabir oğlu Hacıyev Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, sentyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Məharət Mustafa oğlu Mustafayevin Gəncə şəhəri Nizami rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalamışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!