13 Oktyabr, 2014
“Azərbaycan Rusiyadan müasir silahlar alacaq” - NAZİR

“Bizim Azərbaycanla yüksək münasibətlərimiz mövcuddur. Bunun müqabilində Azərbaycan Rusiyadan müasir silahlar alacaq”.

AzNews.az xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib.

Sergey Şoyqu Xəzər dənizi ilə bağlı olan məzələlərin onlar üçün əhəmiyyətli olduğunu əlavə edib.

İlham Əliyev rusiyalı qonağa “Bizim Rusiya ilə münasibətlərimizdə yüksək dinamik inkişaf var. Bu inkişaf və irəliləyiş hərbi sahədə də nəzərə çarpmaqdadır” sözlərini deyib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!