12 Oktyabr, 2014
TQDK rəis olmaq istəyənləri də imtahan etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) daxili işlər orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün oktyabrın 12-də test imtahanı keçirib.

Simsar.az-ın TQDK-nın saytına istinadən verdiyi məlumatına görə, imtahan Bakı Qızlar Universitetinin binasında saat 11.00-da başlanıb və saat 14.00-da başa çatıb.

Sənədlərin qəbulu bu il iyunun 9-dan iyulun 9-dək Daxili İşlər Nazirliyi tərəfindən aparılıb. Müsabiqədə iştirak etmək üçün 55 nəfərin namizədliyi qeydə alınıb. Onların hamısı hüquq istiqaməti üzrə sənəd verib.

İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunub. Onlardan 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən sahə üzrə olub.

Hər düzgün cavab 1 balla qiymətləndirilir.

Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılacaqlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!