12 Oktyabr, 2014
Türklər Gürcüstanda hidroelektrik stansiyası tikdilər

Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız Gürcüstanda səfərdədir.

Simsar.az-ın məlumatına görə, rəsmi danışıqlar məqsədilə Gürcüstana gedən nazir Türk şirkətinin burada inşa etdiyi Paravani hidroelektrik stansiyasının açılış mərasiminə qatılıb.

Gürcüstanın Baş naziri Irakli Garibaşvilinin də qatıldığı mərasimdə çıxış edən Taner Yıldız iki ölkənin belə bir müvəffəqiyyətə imza atmasının əhəmiyyətli olduğunu ifadə edib.

Nazir hidroelektrik stansiyasının açılışından əvvəl Gürcüstan hökuməti ilə Türk firmalar arasında reallaşan imza mərasimində iştirak edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!