12 Oktyabr, 2014
Con Kerri Misirə səfər etdi

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Misirin paytaxtı Qahirəyə səfər edib. Simsar.az-ın məlumatına görə, səfərin məqsədi yaxın günlərdə Qahirədə keçiriləcək və Qəzza zolağının bərpasına həsr olunmuş beynəlxalq konfransda iştirak etməkdir.

Konfransda 50-dən çox ölkənin nümayəndələri İsraillə Fələstinin «HƏMAS» qruplaşması arasında sonuncu qısamüddətli müharibədən sonra Qəzza zolağının gələcək aqibətini müzakirə edəcəklər. Fələstin Muxtariyyətinin rəhbərliyi Qəzza zolağının infrastrukturunun bərpası üçün 4 milyard dollar həcmində maliyyə yardımına nail olmağa çalışacaq.

İsrailin «HƏMAS»ın raket hücumlarını dayandırmaq məqsədilə iyulun 7-dən avqustun 26-dək həyata keçirdiyi «Məhvedilməz Qaya» adlı hərbi əməliyyatdan sonra Qəzza zolağı xarabalığa çevrilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!