11 Oktyabr, 2014
İŞİD-ə ağır zərbə: 100 ölü

İraqın müxtəlif şəhərlərində İŞİD terror qruplaşmasına ağır zərbə endirilib.

Simsar.az-ın məlumatına görə, İraqın Kərkük, Mosul və Sincar şəhərlərində İŞİD-ə qarşı havadan və qurudan hərbi əməliyyatlar keçirilib. ABŞ və koalisiya qoşulmuş ölkələrin qırıcıları adıçəkilən şəhərlərdə İŞİD-in mövqelərini bombalayıb, İraq ordusu isə hücuma keçib.

Hərbi əməliyyatlar zamanı ümumilikdə 100 İŞİD yaraqlısı öldürülüb, 67-si isə yaralanıb.

Qeyd edək ki, ABŞ və anti İŞİD qüvvələri İraq və Suriyada terrorçulara qarşı havadan hərbi əməliyyatlar həyata keçirir. İraq ordusu isə Bağdad yaxınlığında terrorçularla mübarizə aparır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!