12 Aprel, 2011
Mitinqçi BDU -dan çıxarıldı

Cavid Mehrəliyevin qovulmasına səbəb kimi, çoxlu sayda dərs buraxması göstərilir 

Cavid Mehrəliyev Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin tələbələri sırasından xarici edilib. 

Bu barədə APA-ya İctimai Palatanın katibi Gülağa Aslanlı məlumat verib: “Bu gün onun anası bizə zəng vurmuşdu, dedi ki, artıq Cavidin universitetdən xaric olunması haqda əmr veriblər”.
III kurs tələbəsi olan C. Mehrəliyevin universitetdən xaric edilməsinə səbəb onun çoxlu sayda dərs buraxması göstərilir.


BDU-nun Tarix fakültəsindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, C. Mehrəliyev İP-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvüdür. O, 2 aprel aksiyası zamanı polis tərəfindən saxlanılıb, iki gün sonra isə sərbəst buraxılıb.

Onu da əlavə edək ki, C. Mehrəliyev əvvəllər də iki dəfə universitetdən xaric edilib, sonra isə yenidən bərpa olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!