11 Oktyabr, 2014
Dünyanın ən böyük dodağı – FOTOLAR

Efiopiyada yaşayan bir qəbilənin çox maraqlı adət-ənənəsi var. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, burada yaşayan qadınlar, dodaqlarına disk qoşub həyatlarına o şəkildə davam edilər.

Dodaq diskləri Efiopiyada Omo Çayı Vadisindəki Summa qadınları arasında bir adətdir. Bu qəribə adət qəbilə arasında 1896-cı ildən bəri davam edir...

Adətə görə diski dodağa yerləşdirməyə 15-18 yaşlarından başlamalısan.Son zamanlar Efiopiya hökuməti bu ənənəni ləğv etmək üçün tədbirlər düşünür. Artıq yeni nəsil arasında bu adəti davam etdirənlərin sayının azaldığı da müşahidə edilir. Yerli xalq arasında böyük önəm daşıyan disk taxmaq, həmçinin ərə gədən qadının cehizi hesab edilir.

20 yaşlı Ataye Elidigadnenin dodağını görən təəccüblənir. O, çevrəsi 59.5 sm uzunluğunda dsiki dodağına taxaraq o şəkildə yaşadığını bildirib.

Qeyd edək ki, Atayenin dodağı dünyanın ən böyük dodağı hesab edilir

Vüsal Qarayev

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!