12 Aprel, 2011
Əmək haqqı və pensiyalar artırılacaq

Prezident Maliyyə Nazirliyinə tapşırıq verib

Azərbaycanın 2011-ci il dövlət büdcəsinə nəzərdə tutulan dəyişikliklərdə minimum aylıq əmək haqqı və pensiyaların baza hissəsinin də artırılması nəzərə alınacaq.

Bu barədə “APA-ECONOMICS”ə maliyyə nazirinin müavini Azər Bayramov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan prezidentinin tapşırığına uyğun olaraq, büdcəyə dəyişikliklərdə Bakı və ətraf qəsəbələrin inkişafı proqramının maliyyələşdirilməsi məsələləri də əksini tapacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!