10 Oktyabr, 2014
Narkobaron həbs edildi

Meksikada “Juarez” narko kartelinin başçısı Visente Karrillo həbs edilib.

Simsar.az-ın məlumatına görə, Karrillo son bir həftə ərzində Meksikada tutulan ikinci narkobarondur.

“Juarez” kartelinin başçısı Visente Karrillo rəqib kartelin başçısı Joaquin “Qısa” Quzmanın uzun illər düşməni olub.

Quzman fevral ayında tutulana qədər dünyanın ən çox axtarılan narkobaronu olub. Carrilo Torreon şəhərində həbs olunub.

ABŞ Karrillo-nun “başına” 5 milyon dollar mükafat qoymuşdu.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!