10 Oktyabr, 2014
Putini təhqir edənlər həbs edildi

Belarus polisi Ukraynanın yüzə yaxın futbol azarkeşini saxlayıb.

Simsar.az anspress-ə istinadən xəbər verir ki, onlar AVRO-2016 seçmə mərhələsində Belarus-Ukrayna oyununda Rusiya prezidenti Vladimir Putin haqda təhqiramiz şüarlar səsləndiriblər. Eyni ittihamla 30 Belarus azarkeşi də saxlanıb.

Oyun vaxtı tutulanların əksəriyyəti buraxılıb. Bu gün keçirilən məhkəmədə xuliqanlığa görə 12 ukraynalıya 5 sutkadan 10 sutkayadək həbs cəzası kəsilib. Belaruslu 12 azarkeş isə cərimələnib.

AVRO-2016-nın seçmə mərhələsində Belarus-Ukrayna oyunu 0:2 qonaqların qələbəsi ilə başa çatıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!