10 Oktyabr, 2014
Türk qırıcılar sərhəddə

Türkiyə Hərbi Hava Qüvvələri F-16 qırıcılarını Suriya ilə sərhədə göndərib.

Simsar.az məlumatına görə, Türkiyə-Suriya sərhədindəki Kobani şəhərində İŞİD terror qruplaşması isə kürd Peşmərgələr arasında döyüşlər şiddətləndiyi üçün qırıcılar bölgəyə göndərilib.

Diyarbəkkirdə olan 2-ci Hava Qüvvələri Komandanlığının 4 F-16 qırıcısı təcili havaya qalxıb. Məlumata görə, qırıcılar sərhəddə kəşfiyyat xarakterli uçuşlar həyata keçirəcək və İŞİD-in mövqelərini çəkərək görüntüləri mərkəzə ötürəcək.

Qırıcılara kəşfiyyat uçuşları həyata keçirərkən hücum olarsa hədəfi məhv etmək icazəsi də verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!