12 Aprel, 2011
Azərbaycan iqtisadiyyatının nəyi cəlbedicidir?

Londonda keçirilən Azərbaycan İnvestisiya Forumunda İnvestorlar məlumatlandırılacaq

Mayın 12-13-də Böyük Britaniyanın paytaxtı London şəhərində «Qafqazın aparıcı iqtisadiyyatı olan Azərbaycanın investisiya potensialı» mövzusunda beynəlxalq forum keçiriləcək.

«APA-ECONOMICS»in məlumatına görə, tədbir Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilir.

İki gün davam edəcək forum çərçivəsində yeni investisiya əlaqələrinin qurulması və strateji kommersiya saziş və müqavilələrin asanlaşdırılması kimi məsələlər iştirakçıların diqqət mərkəzində olacaq. Forumun əsas məqsədi Azərbaycan iqtisadiyyatının hazırkı və potensial investisiya imkanları, investisiya mühiti üzrə son məlumatlar, sabit investisiya mühitin təmin edilməsi üçün həyata keçirilən siyasətin aspektləri, Azərbaycan iqtisadiyyatını cəlbedici edən amillər haqqında potensial investorların məlumatlandırılmasıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!