10 Oktyabr, 2014
Ərdoğan Suriyanı ittiham etdi

Regiondakı terrorçuluq və terrorçu qruplaşmalar Türkiyə üçün təhlükə törədir. Simsar.az-ın "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Trabzon vilayətinin sakinləri qarşısında çıxış edərkən deyib.

Onun sözlərinə görə, İraq və Suriyadakı terrorçu qruplaşmaların fəaliyyəti bu ölkələrdən 1,5 milyondan çox qaçqının Türkiyəyə gəlməsinə səbəb olub.

R.T.Ərdoğan qeyd edib ki, terrorçu qruplaşmalar arasında fərq görmür.

Prezidentin sözlərinə əsasən, Suriya hakimiyyəti terrorçuları dövlət səviyyəsində dəstəkləyir: "Suriya rejimindən fərqli olaraq, bu ölkənin xalqı Türkiyənin dostudur".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!