10 Oktyabr, 2014
Şarl Aznavur ölüm ayağında

Erməni əsilli fransız ifaçı Şarl Aznavur xəstəxanaya düşüb. İfaçının Cenevrədə keçiriləcək konserti təxirə salınıb.

Simsar.az-ın məlumatına görə, Şarl Aznavur infeksiyaya görə xəstəxanalıq olub. 90 yaşlı ifaçının vəziyyəti, hansı xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat verilmir.

Xatırladaq ki, dünya turu çərçivəsində Şarl Aznavur 10 xarici ölkədə olub. O, Ermənistanın İsveçrədəki səfiri və ölkənin BMT-dəki daimi nümayəndəsidir. Daimi olaraq İsveçrədə yaşayır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!