10 Oktyabr, 2014
Şair Musa Yaqub İstanbula aparıldı - ƏMƏLİYYAT OLUNACAQ

Böyük təbiət şairi, Milli Məclisin sabiq deputatı (İsmayıllı) Musa Yaqub İstanbulda əməliyyat olunacaq.

Bu barədə Simsar.az-a Musa Yaqubun yaxın dostu, şair Maarif Soltan məlumat verib.

O bildirib ki, Musa Yaqub bir az əvvəl İstanbuldan zəng edib,  böyrəklərindən əməliyyat olunacağını deyib: "Şair xahiş etdi ki, bütün dostlara salamını yetirim".

M.Soltan bildirib ki, şairin böyrəklərində daş olduğu üçün, son günlər səhhətində problemləri yaranırdı: "Bir neçə gün öncə sanatoriyaya getmişdi. Ağrılar kəskinləşdiyinə görə, böyrəklərindən əməliyyat olunması üçün İstanula aparılıb. İlkin olaraq daşlar buxarla əridiləcək. Əgər alınmasa, əməliyyat olunacaq".

P.S: "Allah səni, bu payızın içindən keçirib, gələcək payızlara aparsın, BÖYÜK İNSAN! Yolunu gözləyirik, sağ-salamat qayıt!" - şair belə deyib.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!