“Əilliyi olan insanlar avtomat arabalarla təmin olunmalıdır. Apardığımız tədqiqatlar göstərir ki, avtomat əlil arabalarına ehtiyac daha çoxdur”.
Simsar.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, hazırda nazirlik xüsusi vasitələrlə təmin olunmuş əlilliyi olan insanların müəyyənləşdirilməsi ilə məşğul olur: “Eyni zamanda gözdən əlillər üçün nəzərdə tutulmuş “brau” əlifbası ilə bağlı işlər aparılır. Bu metodiki vasitənin hazırlanması, yayılması, o cümlədən informasiya mərkəzlərinin yaradılmasını nəzərdə tutulur. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə belə bir mərkəz yaradılıb. Bu mərkəzlərin sayının artırılması da qarşıda duran məqsədlərdəndir”.
Nazir realibitasiya mərkəzlərininm yaradılması üzərində işlərin davam etdirildiyini də söyləyib: “Sumqayıt, Yevlax, Naftalan və Bakıda bir neçə realibitasiya mərkəzlərinin əsaslı təmiri üçün bir neçə gündür ki, işlərə başlanıb”.
Aysel Kərimova