Ordubad rayonunun Nüsnüs kənd sakini Qulu Salehov tapdığı silah-sursatı təhvil verib.
Simsar.az-ın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, Ordubad rayonunun Nüsnüs kənd sakini Qulu Salehov tapdığı 6 ədəd tapançanı (onlardan 1-i “Voltran”, 1-i “Platin” markalı, 4-ü isə kustar üsülla hazırlanmış), 6 ədəd qumbaranı (onlardan 2-si kustar üsülla hazırlanmış), 1 ədəd mərmini, 790 ədəd müxtəlif çaplı patronu və 9 ədəd patron darağını RPŞ-yə təhvil verib.
Simsar.az