8 Oktyabr, 2014
Ölənlərin adları bilindi

Ucarda baş verən dəhşətli yol qəzasında ölənlərin adları məlum oldu.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qəza nəticəsində dünyasını dəyişənlər İsmayıllı rayon sakinləri “VAZ” markalı minik maşınının sürücü 39 yaşlı Ceyhun Novruz oğlu Baxışov və onun sərnişinləri bir ailənin üzvləri 26 yaşlı Sebuhi Tofiq oğlu Mirzəməmmədov, onun həyat yoldaşı 30 yaşlı Zəminə Həsən qızı Mirzəməmmədova, övladları 1 yaşlı Yusif Mirzəməmmədov və 2014 – cü il təvəllüdlü Ayşən Mirzəmmədovadır.

Qeyd edək ki, hadisə bu gün Ucar rayonunda baş verib. “VAZ” markalı minik maşını ilə yük maşınının toqquşması nəticəsində minik maşınında olan ikisi azyaşlı uşaq olmaqla 5 nəfər hadisə yerində dünyasını dəyişib. Hadisənin baş vermə səbəbləri Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!