8 Oktyabr, 2014
Prezident məhkəmə qarşısında

Kenya prezidenti Uhuru Kenyatta Beynəlxalq Cinayət Məhkəməsi qarşısına çıxarılır.

Simsar.az-ın məlumatına görə, Kenyatta vəzifədə olarkən məhkəmə qarşısına çıxarılan ilk ölkə prezidentidir.

Kenyatta 2007-2008-ci illərdə seçkidən sonrakı qanlı hadisələrlə bağlı Haaqa məhkəməsinə çağırılıb.

Kenyatta insanlıq əleyhinə cinayətlərdə ittiham olunur.

Məhkəmənin prokuroru Fathou Bensouda keçən ay məhkəmənin təxirə salınmasını istəmişdi. O bildirmişdi ki, Keniyada həmin zorakılıqla bağlı sənədləri Keniya hökuməti aradan götürür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!