8 Oktyabr, 2014
İŞİD-ə qarşı cizgi filmi çəkildi - VİDEO

ŞİD terror qruplaşmasına qarşı cizgi filmi hazırlanıb.

Simsar.az-ın məlumatına görə, İŞİD-dən ayrılan və adını açıqlamaq istəməyən bir şəxs müsəlmanların terror qruplaşmasına qoşulmaması üçün "Abdullah X" adlı cizgi filmi çəkib.

"Əhməd" kod adlı bu şəxs verdiyi açıqlamada uzun illər qatı və radikal fikirlər təbliğ etdiyindən peşman olmaqla yanaşı başqalarının bu tələlərə düşməməsi üçün çalışdığını bildirib.

Onun sözlərinə görə, İŞİD kimi təşkilatlara qarşı mübarizə aparmaq üçün onların mahiyyətini ifşa edən məlumatları müxtəlif üsullarla oxuculara çatdırmaq lazımdır.

Sabiq "cihadçı" bu ideyasını daha da təkmilləşdirəcəyini bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!