8 Oktyabr, 2014
Türkiyədə ölənlərin sayı 19-a çatdı

Türkiyə dövlətini Suriyanın kürdlərin yaşadığı Kobani şəhərinin “İŞİD” tərəfindən ələ keçirilməsinə laqeyd qalmaqda ittiham edən PKK tərəfdarları zorakılıqla müşayiət olunan etiraz aksiyalarını davam etdirirlər.

Simsar.az-ın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Diyarbəkir başda olmaqla, Türkiyənin müxtəlif vilayətlərində baş verən kütləvi iğtişaşlar nəticəsində ölənlərin sayı 19-a çatıb.

Diyarbəkirdə təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı 10, Mardin vilayətində 3, Siirt vilayətində 3, Muş, Van və Batman vilayətlərinin hər birində isə 1 nəfər ölüb.

Mersin vilayətinin Tarsus rayonunda PKK-çılar yerli polis rəisi Haydar Çelikə odlu silahdan atəş açıblar. H. Çelik sol əlindən yaralanaraq xəstəxanaya çatdırılıb.

İğtişaşlar davam edir.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!