8 Oktyabr, 2014
Üstünə spirt tökərək özünü yandırdı - BAKIDA

Bu gün saat 18:30 radələrində Rəşid Behbudov 26 ünvanında xoşagəlməz hadisə baş verib. 1979-cu il təvəllüdlü Əliyev Füzuli Yusif oğlu üstünə spirt tökərək özünü yandırıb. Simsar.az-ın hadisə yerindəki müxbirinin verdiyi məlumata görə, hadisənin ilkin olaraq ailə  münaqişəsi zəminində baş verdiyi bildirilir. Məlumatda o da qeyd olunub ki, F. Əliyev özünü yandırarkən oğlunu görməyə imkan verilmədiyini qışqıra-qışqara deyirmiş.

Qeyd edək ki, özünü yandıran şəxs ağır vəziyyətdə Yanıq Mərkəzinə aparılıb.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!