8 Oktyabr, 2014
Minik və yük avtomobili toqquşdu, 5 ölü - UCARDA

Ucarda ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 17:00 radələrində Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsindən qeydə alınıb.

Sürücüsü hələlik məlum olmayan “VAZ-21099” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində minik avtomobilində ikisi azyaşlı olmaqla 5 nəfər ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!