8 Oktyabr, 2014
Vaterlo döyüşü səhv xəritəyə görə uduzulub

Viktor Hüqonun: “Vaterlo bir döyüş deyil, dünyanın üzünün dəyişməsidir” dediyi Vaterlo döyüşü ilə bağlı əhəmiyyətli bir iddia ortaya çıxıb.

Simsar.az xəbər verir ki, tarixçi Frank Ferrandın çəkdiyi sənədli filmdə, Napoleonun 1815- ci ildə İngilis və Prusiya qüvvələri tərəfindən Vaterloda ağır bir məğlubiyyətə uğradılmasının altında yatan səbəbin xətalı xəritə olduğu irəli sürülüb. Xəritədəki səhv məlumata görə Napoleonun toplarının səhv istiqamətləndirildiyi bildirilib.

Günel

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!