7 Oktyabr, 2014
Qadınlar FIFA-nı məhkəməyə verdi

FIFA qadın futbolçular arasında dünya çempionatının oyunlarının süni örtüklü meydançalarda keçirməklə bağlı qərar qəbul edib.

Simsar.az-ın məlumatına görə, ali futbol qurumunun bu qərarı qadın futbolçuların narazılığına səbəb olub.

Dünyanın ən yaxşı 50 qadın futbolçuları bir araya gələrək FIFA rəhbərliyini məhkəməyə verib. Xanımların fikrincə, qurum rəhbərliyi cinsi ayrı-seçkiliyə yol verib. Onlar İspaniya, Braziliya, Fransa, Kolumbiya, Avstraliya, Kosta Rika, Yaponiya, Meksika, Yeni Zellandiya, Cənubi Koreya millilərinin üzvləridi.

Futbolçuların vəkili Hampton Dellinger məsələ ilə bağlı açıqlama verib: "Kişilər arasında dünya çempionatı təbii meydanda keçirilir. Amma qadın futbolçuları süni meydançalara salırlar. Bu meydanlar idmançıların sağlamlığı üçün təhlükəlidi".

Qeyd edək ki, 2015-ci ildə qadınlar arasında dünya çempionatı Kanadada keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!