7 Oktyabr, 2014
İŞİD üzvləri kimi saqqal saxlayan şəxsi bıçaqladılar

Türkiyə keçirilən anti-İŞİD nümayişlərində qeyri-adi hadisə yaşanıb.

Simsar.az-ın məlumatına görə, Batmanda mahalında nümayişçilər uzun saqqallı bir şəxsi səhvən İŞİD üzvü sayaraq bıçaqlayıblar. 5 bıçaq yarası alan Yaqub Çelik adlı Türkiyə vətəndaşı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, İŞİD terror qruplaşmasının Türkiyə ilə Suriya sərhədində yerləşən və kürdlərin yaşadığı Kobani şəhərinə hücumuna etiraz olaraq Türkiyədə kütləvi aksiyalar keçirilib. Vəhabilər kimi uzun saqqal saxlayan şəxslər kütlənin hədəfinə çevrilib.

Türkiyə polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!