7 Oktyabr, 2014
"Qarabağ"da şad xəbər: Dias qayıdır

"Qarabağ"ın zədəlilərindən biri sıraya dönür.

Simsar.az-ın məlumatına görə, Danilo Dias zədəsini sağaltmaq üzrədi.

Türkiyədə əməliyyat olunan braziliyalı yarımmüdafiəçi artıq Bakıya qayıdıb. Onun zədəsi böyük ölçüdə sağalıb. Dias bir müddət sonra komanda ilə məşqlərə başlayacaq. Onun meydana dönəcəyi tarix hələ bəlli deyil.

Qeyd edək ki, yayda "Qarabağ"a transfer olunan Dias dizində ağrılar hiss edirdi. Komandanın tibbi personalı davamlı müalicələrlə əməliyyatın qarşısını almağa cəhd etsə də, 29 yaşlı futbolçunun dizində "mensk" əməliyyatı qaçınılmaz olub. Bu səbəbdən o, Türkiyədə cərrah masasına uzanıb.

Onu da qeyd edək ki, Dias sonuncu dəfə ötən ayın 18-də "Sent-Etyen"lə Bakıda baş tutan matçın iştirakçısı olub. Həmin qarşılaşmanın son 10 dəqiqəsində meydanda olan braziliyalı "Qarabağ"ın bundan sonra "Simurq", "Neftçi" və Milan "İnter"inə qarşı oyunlarını kənardan izləyib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!