7 Oktyabr, 2014
Nazir parlament sədri ilə görüşdü

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Belarusa rəsmi səfəri çərçivəsində bu ölkə parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşüb.

Simsar.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Belarus parlamentləri arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilmiş və mövcud dostluq əlaqələrinin gələcəkdə daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Parlamentlərarası əlaqələrin ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin inkişafında mühüm rola malik olduğu qeyd olunaraq, iki ölkənin müxtəlif sahələrdə əməkdaşlığı üçün böyük potensialın mövcud olduğu bildirilib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!