7 Oktyabr, 2014
Daha bir azərbaycanlı Suriyada öldürüldü - VİDEO

Suriyaya döyüşməyə gedən daha bir azərbaycanlı öldürülüb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə məlumatı Suriyada döyüşən mücahidlər sosial şəbəkələrdə paylaşıblar.

Öldürülənin mücahidin ləqəbi Əbu Muaz Azəridir. Bu, videogörüntüdəki şəxslərin söhbətindən də məlum olur. Onlardan biri ölən şəxsin kimliyini soruşur. Digəri isə cavab olaraq “mücahid Əbu Muaz Azəri” deyir.

Həmin şəxsin bir neçə gün əvvəl öldürüldüyü haqda məlumat yayılsa da onun konkret hansı şəhərdə qətlə yetirildiyi haqda məlumat verilmir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!