7 Oktyabr, 2014
“Bu gün Həcc əməlləri yekunlaşır” - Məkkədən xəbər var

“Həcc ziyarətində olan azərbaycanlı zəvvarlar Məkkəyə aid olan əməlləri bu gün yekunlaşdırır”.

Bunu Simsar.az-a açıqlamasında Azərbaycandan gedən zəvvarların qrup rəhbəri, axund Hacı Şahin Həsənli Məkkədən məlumat verib.

O bildirib ki, zəvvarlarımızın əhval-ruhiyyəsi və səhhətləri normaldır: “Sabahdan, peyğəmbərimizi və imamlarımızı ziyarət etmək üçün hissə-hissə Mədinəyə yollanacağıq. Mədinədə 3 gün qaldıqdan sonra Azərbaycana dönəcəyik”.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!