7 Oktyabr, 2014
Aşıqlar Bakıya toplaşır - FESTİVAL

Bakıda Beynəlxalq Aşıq Festivalı keçiriləcək.

Simsar.az-ın məlumatına görə, bu barədə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub məlumat verib.

O bildirib ki, oktyabrın sonlarında, noyabrın əvvələrində Bakıda Beynəlxalq Aşıq Festivalı keçiriləcək. Festivala İrandan, Türkiyədən, Orta Asiyadan, Borçalıdan, Dərbənddən və Təbrizdən görkəmli sənətkarlar dəvət olunub.

Xalq şairi deyib ki, aşıq mədəniyyətini və sənətini dünyada tanıtdırmaq üçün əllərindən gələni edirlər: “Biz aşıq mədəniyyətini göz-bəbəyimiz kimi qorumalıyıq. Ağzımızdakı dilimiz kimi sevməliyik. Ona görə ki, xalqı xalq edən onun mədəniyyətidir, böyük ziyalılarıdır”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!