7 Oktyabr, 2014
Natiq Şirinov: “Gələn il nağara haqqında kitabım işıq üzü görəcək” – ÖZƏL

“Nağara haqqında kitab hazırlayıram. Kitabın gələn il işıq üzü görməsi planlaşdırılıb”. Simsar.az xəbər verir ki, bu barədə “Natiq” Ritm Qrupunun rəhbəri Natiq Şirinov Simsar.az saytına bildirib. Kitab haqqında məlumat verən sənətçi, artıq bir neçə ildir onun üzərində çalışdığını qeyd edib: “Nəhayət, kitabı bitirmək üzrəyəm. Burada nağara haqqında hər şeyi tapmaq mümkün olacaq. “Nağara nədir?”, “Bu alət yarandığı dövrdən indiyə kimi hansı inkişaf mərhələlərini keçib?” kimi sualların cavabları həmin kitabda yazılacaq. Oxucular, həmçinin mənim nağara sənətinə gətirdiyim 100-ə yaxın ritmlə bu kitabda tanış ola biləcəklər”.

Buna qədər də nağara sənəti haqqında bir neçə kitabın yazıldığını bildirən N.Şirinov, “Bir qədər təkmilləşdirilmiş yeni kitabın işıq üzü görməsini lazım bildik”, - deyə fikrini tamamlayıb.

Vüsal Məmmədzadə

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!