7 Oktyabr, 2014
Mehdiabadda polis hər kəsdən şübhələnir - Tutulanlar var

Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən "Nicat" Marketdə oğurluq hadisəsi baş verib. Qəsəbə sakinlərinin dediklərinə görə, silahlı şəxslər mağazaya daxil olub kassanı aparıblar. Hadisədən sonra Mehdiabad polisi səfərbər olunub. Hazırda polis "Nicat" marketin keşiyini çəkir. Maraqlı burasıdır ki, indi də polis marketə gələn hər kəsdən şübhəli şəxs qismində görür.

Bu barədə Simsar.az-a jurnalist Rufiq İsmayılov məlumat verib. Onun sözlərinə görə, bu gün onun 18 yaşlı qohumu marketdən bazarlıq edərkən, polis tərəfindən saxlanılıb şöbəyə aparılıb və təxminən 2 saat sorğu-sual edildikdən sonra buraxılıb: “Onunla kobud davranılıb. Başa düşürəm ki, polisin vəzifəsi ictimai asayişi təmin etmək, qanunun keşiyində dayanmaq, cinayətkarların izinə düşüb onları tapmaq və sairdir. Amma böyük soyğunçuluq hadisəsinə, silahlı basqına görə marketin düz yaxınlığında yaşayan insanları, mağazaya gələn, hadisədən məlumatsız olan müştəriləri rahatsız etməsini başa düşə bilmirəm”

Abşeron RPŞ-dən Simsar.az-a bildirilib ki, hazırda istintaq gedir, yaxın günlərdə cinayət işinin üstü açılacaq.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!