7 Oktyabr, 2014
Qubad İbadoğlundan Gülağa Aslanlıya CAVAB

“Müsavat üzvünün maliyyə xərcləri ilə bağlı məlumat almaq hüququna hörmətlə yanaşılmalıdır”.

Bunu Simsar.az-a Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Gülağa Aslanlının “Müsavat Partiyasından kimsə, nəsə tələb edə bilməz”- açıqlamasına cavab verərkən deyib.

O bildirib ki, Müsavat Partiyası üzvülük vəsaitləri hesabına formalaşır və Azərbaycanın mövcud qanunvericiliyinə nəzərdə tutulmuş qaydalara əsasən idarə olunur: “Hesab edirəm ki, Müsavat partiyası siyasi partiyaların şəffaflığı əsasında fəaliyyət göstərməlidir. Eyni zamanda hər bir müsavatçı maliyyə ilə bağlı məlumat ala bilər və bu hüquqa hörmət edilməlidir. Düşünürəm ki, partiyanın idarə edilməsində bu dəyişikliklərin edilməsi, inkişafı üçün əsas amillərdən biridir. Daha modern hesabat formasının tətbiq olunması partiyanın nüfuzunun artmasına və reytinqinin yüksəlməsinə gətirib çıxara bilər”.

Hüseyn İbadlı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!