7 Oktyabr, 2014
Hava şarında evlənmə təklifi edərkən suya düşdü

ABŞ-ın Kaliforniya ştiatında yaşayan Erik Baretto, sevgilisinə hava şarından evlənmə təklifi edəcəkdi, ancaq romantik bir surpriz olması gözlənilən hava şarı kabusa çevirilib. Simsar.az xəbər verir ki, Cənubi Kaliforniyadakı San Dieqo şəhrində yerləşən Kardiff Sahili yaxınlığında, bazar günü axşam üstü havaya qalxan hava şarı, qısa müddətdən sonra dənizə düşüb.

Gəlin və bəy namizədləri qəzadan möcüzə sayəsində xilas olublar. Hadisə zamanı yaralanma baş verməyib. Gün batan zaman havaya qalxan hava şarı romantik evlənmə təklifi etməyi planlaşdıran Barettonun xəyalı da özü ilə birlikdə suya düşüb. Hadisənin unudulmaz olduğunu bildirən Baretto: “Ancaq bunu yenidən sınaqdan keçirdə bilərikmi bilmirəm” deyib.

Günel

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!