6 Oktyabr, 2014
Gəncədə 10 yaşlı qızı maşın vurub

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Simsar.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Şəddadilər küçəsində qeydə alınıb.

Şəhər sakini, 60 yaşlı Fəxrəddin Novruzov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə küçə ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 10 yaşlı Gülnur Əsgərovanı vurub. Yaralı dərhal sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Xəstəxanadan yaralının vəziyyətinin orta ağır olduğunu bildirirlər. İlkin ehtimallara görə, qəzaya səbəb piyadanın ehtiyatsızlığı olub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!