6 Oktyabr, 2014
Bakıda insanlığa sığmayan hadisə

Bakının Suraxanı rayonunda azyaşlı uşaq tapılıb.

Simsar.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Suraxanı rayonunun Əmircan qəsəbə sakini Fərhad Cavadov 31-ci polis bölməsinə ərizə ilə müraciət edərək, naməlum şəxsin onun qapısının qarşısına 1 yaşlı qız uşağını qoyub getdiyini bildirib.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Uşaq 8 saylı Uşaq Xəstəxanasına təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!