6 Oktyabr, 2014
Sabahın hava proqnozu

Okytabrın 7-də Azərbaycanda külək güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinindən Simsar.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı ehtimal edilir. Gecə və gündüz havanın temperaturu 11-16 dərəcə isti təşkil edəcək.

Bölgələrdə yağış yağacağı, bəzi yerlərdə intensiv xarakter alacağı ehtimalı var. Qərb küləyi güclənəcək.

Temperaturun gecə 10-14, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!