5 Oktyabr, 2014
Türk ordusu İŞİD-i topa tutdu

Türkiyə Silahlı Qüvvələri İŞİD-ə məxsus iki hərbi maşını topla vurub.

Simsar.az-ın məlumatına görə, bu barədə Milliyet qəzeti hərbi mənbələrinə istinadən xəbər yayıb.

Bildirilir ki, Suriya ərazisində Türkiyə torpaqlarına düşən top mərmilərinin atıldığı yeri müəyyən etmək üçün sərhədə AN-TPQ-26 radar sistemi yerləşdirilib. Bu sistem vasitəsilə top mərmilərinin atıldığı yer təyin edilir və həmin nöqtə Türkiyə SQ-yə məxsus "Fırtına" adlı toplar ilə darmadağın edilir.

Son məlumatlara görə, Suriya ərazisindən İŞİD-ə aid iki hərbi maşından Türkiyə tərəfinin atəşə tutulduğu müəyyən edilib. Həmin maşınlar toplar vasitəsilə məhv edilib.

Hərbi mənbələrdən qəzetə bildiriblər ki, İŞİD məqsədli şəkildə Türkiyə ərazisinə top mərmiləri atır. Lakin Türkiyə hərbçiləri bunun cavabını lazımi şəkildə verir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!