5 Oktyabr, 2014
Pensiyaçı lotoreyada 14 milyon dollar udub

Kanadalı pensiyaçı Leon Hirtl lotereyada təxminən 14 milyon dollar udub.

Simsar.az-ın məlumatına görə, təqaüdçü Yeni Şotlandiya əyalətində yaşayır. Ömrü boyu balıqçı olub və iki il əvvəl pensiyaya çıxıb.

Pensiyaçı lotereya biletini yerli aptekdən alıb. “Uduşlu bileti göstərdiyim qız uzun müddət inanmadı ki, mən milyoner olmuşam. O, bütün iş yoldaşlarını çağırdı və onlar bileti bir yerdə yoxladılar”,- deyə təqaüdçü jurnalistlərə bildirib. O, hələlik milyonları ilə nə edəcəyini bilmədiyini deyib.

Qeyd edək ki, “Atlantic Lottery” Kanadada 1976-cı ildən uduşlar keçirir. Bu müddət ərzində uduşlu məbləğ 5,5 milyard dolları keçib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!