4 Oktyabr, 2014
Salyanda yanğın

Salyanda yanğın baş verib.

Simsar.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Salyan rayonu, Plastmas qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 121 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!