3 Oktyabr, 2014
Türkiyə ordusu İŞİD-i vurur

Türkiyə Silahlı Qüvvələri Suriya sərhədində İŞİD terror qruplaşmasının mövqelərini atəşə tutub.

Simsar.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazır.

Diyarbəkirdə yerləşən Hərbi Hava Qüvvələrinin bazasından havaya qalxan F-16 qırıcıları sərhədboyu kəşfiyyat xarakterli uçuşlar həyata keçirib. Daha sonra isə sərhədboyu yerləşdirilən toplarla İŞİD-in hədəfləri vurulub.

Hazırda İŞİD-in mövqelərinin atəşə tutulması davam edir.

Türkiyə Silahlı Qüvvələri isə Suriya sərhədində hərbi texnikanın və əsgərlərin sayını artırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!