3 Oktyabr, 2014
Putindən məxfi fərman

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç, baş nazir Nikolay Azarov və baş prokuror Viktor Pşonka, həmçinin onların ailələri Rusiya vətəndaşlığını alıb.

Simsar.az-ın məlumatına görə, bu haqda Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko facebook səhifəsində yazıb.

"Azarovların ailəsi hansı əsasla Rusiya ərazisindədir? O ölkədə qayda var ki, ölkə vətandaşı olmayanlar 90 gündən çox Rusiya ərazisində qala bilməz", - deyə Qeraşenko bildirib.

Onun sözlərinə görə, V.Yanukoviç, V.Pşonok, N.Azarov və onların ailələrinə Rusiya vətəndaşlığı verilib. Qeraşenko bildirib ki, Rusiya prezidenti Vladimir Putin bununla əlaqədar məxfi fərman imzalayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!