3 Oktyabr, 2014
Balaca həmyerlimiz Finlandiyanı coşdurdu

Balaca həmyerlimiz Finlandiyada mahnı müsabiqəsində uğurla çıxış edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Finlandiyada yaşayan azyaşlı həmyerlimiz Aylin Cabbarlı “Uşaqların səsi” (“The Voice Kids”) musiqi yarışmasında müvəffəqiyyətlə çıxış edərək münsiflər heyətinin və tamaşaçıların rəğbətini qazanıb.

Yarışmaya qatılan A.Cabbarlı müsabiqənin ilk mərhələsində “Little Miks - Wings” mahnısını ifa edib. Münsiflər heyətinin hər üç üzvü Aylini öz qrupunda görmək istəsə də, sonda həmyerlimizin seçimi müğənni Diandra Flores olub. A.Cabbarlının növbəti çıxışı Finlandiyanın “4-cü kanal”ı ilə yayımlanan müsabiqənin növbəti həftəsində olacaq.

Qeyd edək ki, 12 yaşlı A.Cabbarlı Finlandiyada fəaliyyət göstərən AzərTürk Gənclər Təşkilatının nəzdindəki AzərTurk musiqi qrupunun solisti, təşkilatın rəhbəri Ulviyyə Cabbarlının qızıdır. Aylin 10 ildən çoxdur ki, ailəsi ilə birlikdə Finlandiyanın Espoo şəhərində yaşayır və burada piano dərsləri alır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!