3 Oktyabr, 2014
Baş nazir Əfqanıstana getdi

“Böyük Britaniya daim Əfqanıstanın güclü və yaxın tərəfdaşı olacaq”.

Simsar.az-ın məlumatına görə, Böyük Britaniyanın baş naziri David Cameron Kabilə səfəri zamanı belə deyib.

Devid Kemeron Əfqanıstanın yeni prezidenti Əşrəf Qəni ilə görüşə gələn ilk dünya lideridir. Birgə mətbuat konfransında Kemeron yeni ölkə rəhbərliyini milli birliyə, azad, korrupsiyasız və effektli hakimiyyət sistemi qurmağa çağırıb.

Baş nazir qeyd edib ki, Taliban zorakılıqdan əl çəkib siyasi prosesə qoşula bilər.

Devid Kemeron səfər zamanı Əfqanıstanda həlak olmmuş və yaralanmış Britaniya əsgərlərinin xatirəsini də yad edib.

Qeyd edək ki, Britaniya ordusu son Əfqanıstan müharibəsində 453 itki verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!